"Neftçi"nin qadınlardan ibarət komandasında 10 yeni futbolçu

2.09.2024 17:11 301
Ölkə futbolu
"Neftçi"nin qadınlardan ibarət komandası heyətini 10 futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Heyətə cəlb olunan oyunçular qapıçı Aytac Şərifova (sonuncu klubu "Trabzonspor", Türkiyə), müdafiəçilər Alina Nəhmədova (Sumqayıt), Fidan Cəfərova (Baku Juniors), Sevgi Sevin Ergen (“Trabzonspor”, Türkiyə), Güzide Alçu (“Amedspor”, Türkiyə), yarımmüdafiəçilər Eda Nur Özbay (“Bornova Hitab Spor”, Türkiyə), Meryem Küçükbirinci (“Trabzonspor”, Türkiyə), Şehriban Dülek (“Amedspor”, Türkiyə), Vüsalə Seyfəddinova (“Olimpiada İmittou”, Yunanıstan) və hücumçu Xanım Əsədovadı (Sabah).

Baş məşqçi Siyasət Əsgərovun kollektiv Çempionlar Liqasının 1-ci mərhələsində qarşılaşacağı Avstriyanın "Sankt-Pölten" ilə matçın hazırlığını davam etdirir.

Qeyd edək ki, sentyabrın 4-də Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq oyun saat 18.00-da başlayacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul