Basketbol millimiz beynəlxalq turnirin qalibi oldu

25.06.2025 19:57 9
İdman
16 yaşadək qız basketbolçulardan ibarət millimiz Qazaxıstanın Atırau şəhərində keçirilmiş "Airom Cup" beynəlxalq turnirində çempion olub.

"Football-plus.az" xəbər verir ki, komandamız yarışın son günü iki oyun keçirib

U-16 Qazaxıstan "Barsy Atırau"suna 68:32, Rusiya "MBU Volqoqrad"ına 58:47 hesabı ilə qalib gəlib.

Beləliklə, yarışda ardıcıl 6 görüşü qələbə ilə başa vuran basketbolçularımız turniri birinci yerdə bitirib.