"Şimal" ev oyunlarını harda keçirəcək?

3.09.2026 10:00 4
Ölkə futbolu
1-ci liqada mübarizə aparacaq “Şimal”ın ev oyunlarını keçirəcəyi stadion məlum olub.

"Football-plus.az" xəbər verir ki, Xaçmaz təmsilçisi rəqiblərini Şamaxıda qəbul edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanın ev oyunları Şamaxı Olimpiya Mərkəzinin stadionunda keçiriləcək. Xaçmaz Olimpiya İdman Kompleksinin stadionu 1-ci liqa matçları üçün əlverişsiz hesab olunduğundan Şimal təmsilçisi bu addımı atıb.

Komanda sabah 1-ci liqanın ilk turunda “Gəncəbasar”ı qəbul edəcək.