Bu komanda ölkəmizi UEFA Regionlar Kubokunda təmsil etməklə yanaşı, növbəti mövsüm 2-ci liqada mübarizə aparacaq. “Şimal”ın baş məşqçisi Tural Cəlilovla əlaqə saxlayıb, qarşıdakı planlarla bağlı bilgi aldıq:
“Komandamıza beş-altı futbolçu cəlb etmək istəyirik. Komandaya maliyyə lazımdı. Maliyyə olandan sonra müvafiq qərarlar veriləcək. Finaldan sonra Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı ilə görüş oldu. Elnur Rzayev qalib olduğumuza görə bizi təbrik etdi, əlavə mükafatlandırdı”.
ƏSƏD SEYİDOV





