“Şahdağ Qusar” fransalı hücumçu aldı

28.08.2026 11:54 66
Ölkə futbolu
“Şahdağ Qusar” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, komanda Əlcəzair əsilli fransalı hücumçu Idir Boutrifi heyətinə qatıb. 26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Idir Boutrifinin son klubu Lüksemburq “Kaerjeng”i olub. O, 2023-cü ildən çıxış etdiyi premyer-liqa təmsilçisinin heyətində 61 oyunda 28 dəfə fərqlənməyi bacarıb.