Harri Keyn ilə bağlı çox maraqlı xəbər yayılıb.
"Football-plus.az" xəbər verir ki, İngilis futbolçunun kapitanının nümayəndələri “Əl-Hilal” ilə görüş keçiriblər. 33 yaşlı hücumçu hazırda “Bavariya” ilə müqaviləsinin sonuncu ilinə qədəm qoyub.
Keynin Münhen klubunda qalmaqdan məmnun olduğu və yeni müqavilə ilə bağlı danışıqlar aparmağa hazırlaşdığı bildirilir. Buna baxmayaraq, təcrübəli futbolçunun nümayəndələri “Əl-Hilal”ın yeni idman direktoru Saymon Frensis ilə görüşüblər.
Harri “Bavariya”da keçirdiyi 3 mövsüm ərzində 94 oyuna 98 qol vurub. O, DÇ-2026-da 6 qolla İngiltərə yığmasının 3-cü yeri tutmasında rol oynayıb.
Keynin yolu haradı?
Dünya futbolu






