Əfran İsmayılov "Şəfa"da vitse-prezident oldu

26.05.2026 11:59 17
Ölkə futbolu
"Araz-Naxçıvan"ın sabiq məşqçisi Əfran İsmayılovun yeni iş yeri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, o, "Şəfa"da fəaliyyət göstərəcək. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Əfran İsmayılov paytaxt təmsilçisinin vitse-prezidenti təyin edilib.

Xatırladaq ki, o, ötən gün "Araz-Naxçıvan"da köməkçi məşqçi vəzifəsindən ayrılıb. "Şəfa" 2026/27 mövsümü üçün Misli premyer-liqasına vəsiqə qazanıb.