“Barselona”nı tərk edir

21.01.2026 13:38 7
Dünya futbolu
Mark-Andre ter Ştegen mövsümün qalan hissəsini “Barselona”da keçirməyəcək.

"Football-plus.az" xəbər verir ki, almaniyalı qapıçısı komandasını dəyişəcək. Kataloniya klubu ilə “Jirona” arasında onun icarəsi ilə bağlı razılıq əldə olunub. Müqavilə 30 iyun tarixinədək qüvvədə olacaq. Hazırda yalnız sənədlərin tərtibi və imzalanması qalıb.

“Marka”nın məlumatına görə, hər hansı gözlənilməz problem yaranmasa, Ter Ştegen La Liqanın 21-ci turunun “Xetafe” ilə oyununda “Jirona”nın heyətində meydana çıxa bilər.

İcarə müddətində futbolçunun maaşının böyük hissəsini “Barselona” ödəyəcək. Buna səbəb “Jirona” üçün qapıçının illik 17 milyon avro məvacibinin ağır olmasıdı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul