Mark-Andre ter Ştegen gələcəyi ilə bağlı qərarını verib.
"Football-plus.az" xəbər verir ki, almaniyalı qolkiper qışda “Barselona”nı tərk etməyə hazırdı. 33 yaşlı futbolçu klub rəhbərliyinə Türkiyə, İngiltərə və ya İspaniyadan kənar digər çempionatlarda çıxış edən komandaya keçmək niyyətində olmadığını bildirib.
Məlumata görə, Ter Ştegen İspaniyada yaşamağı planlaşdırdığı üçün karyerasını davam etdirmək baxımdan yeganə variant kimi “Jirona”ya icarə əsasında keçidi nəzərdən keçirir.
O, “Barselona”ya 2014-cü ildə Münhenqladbax “Borussiya”sından 12 milyon avroya transfer olunub. Onun İspaniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.