• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Dirçəliş Kuboku”nun final oyunu keçirildi, qaliblər mükafatlandırıldı

Ölkə futbolu

9-06-2026, 12:0

İyunun 6-da Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, “Tamstore” Marketlər Şəbəkəsinin baş sponsorluğu və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçirilən “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin ikinci mövsümünün final oyunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə rəsmi şəxslər, turnirdə iştirak edən dövlət qurumlarının və şirkətlərin, eləcə də futbol ictimaiyyətinin nümayəndələri, QDF-in donor və tərəfdaşları, idman jurnalistləri və turnirdə çıxış edən komandaların 1000-dən artıq azarkeşi iştirak edib.

Tədbirin rəsmi açılışından sonra oyunlara start verilib. İlk olaraq meydanda üçüncü yer uğrunda qalibi müəyyənləşdirmək üçün “Avrora Qrup” və “Unicapital” komandaları qarşılaşıb. Rəqibini 7:4 hesabı ilə məğlub edən “Unicapital” turnirin bürünc medallarına sahib çıxıb.

Turnirin həlledici oyununda “Bir Ekosistemi” və “Azerconnect Group” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın yekununda “Bir Ekosistemi” komandası rəqibini 3:1 hesabı ilə məğlub edərək “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin ikinci mövsümünün qalibi olub.

Final matçından sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, “Bir Ekosistemi”nin baş icraçı direktoru Fərid Hüseynov, “Azerconnect Group” şirkətinin baş direktoru Emil Məsimov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) vitse-prezidenti Könül Mehtiyeva və Unicapital İnvestisiya Şirkətinin baş direktoru Vüqar Namazov iştirak ediblər.

İlk olaraq təsnifat mərhələsinin qalibləri mükafatlandırılıb. Belə ki, müvafiq olaraq təsnifat mərhələsində çıxış etdikləri A, B, C və D qruplarını 1-ci yerdə başa vurmuş “Balakhani Operating Company”, “ADSEA”, “Yelo Bank” və “SOCAR” komandalarına xüsusi mükafatlar təqdim olunub.

Sonra turnirin ən yaxşı hakimləri Əli Cəbrayılov və Mahir Məmmədov, turnirin ən yaxşı qapıçısı Baba Qafarov (“Azərlotereya”), turnirin bombardiri - rəqib qapılarından 26 top keçirən Murad Nuriyev (“Caspel”), vurduqları qolların və məhsuldar ötürmələrin sayına görə turnirin ən dəyərli oyunçuları seçilən (MVP) Fərid Məmmədli (“Səhiyyə Nazirliyi AEM”) və İlkin Mikayılov (“Yelo Bank”), eləcə də turnirin “Fair Play komandası” seçilən “Glensol” komandası xüsusi mükafata layiq görülüb.

Üçüncü yerin sahibi “Unicapital” komandası bürünc, ikinci yeri tutan “Azerconnect Group” komandası gümüş medallarla mükafatlandırılıb.

Son olaraq isə turnirin qalibi “Bir Ekosistemi” komandasına qızıl medallar və kubok təqdim edilib.

Qeyd edək ki, Azərbaycanın qida sənayesində xüsusi yeri olan “Millennium” şirkəti final tədbirinin iştirakçılarını və azarkeşləri dadlı və sərin dondurmalarla təmin edib.

Məlumat üçün bildirək ki, “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin (https://revivalcup.az/) ikinci mövsümündə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə dəstək vermək üçün QDF-ə ianə edən dövlət qurumlarının və şirkətlərin 40 komandası iştirak edib.

Turnirin sponsorları və iştirakçıları tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə edilən 115.000 AZN vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

23-09-2024, 20:0

Qara Qarayev "Dirçəliş Kuboku"nun səfiri seçildi

Ölkə futbolu

14-07-2025, 15:0

U-15 "Region Kuboku"nun qalibi məlum oldu

Manşet

27-05-2023, 12:0

AFFA-nın təşkilatçılığı ilə Ulu Öndərin 100 illiyinə həsr olunan turnir keçirilib

İdman

1-07-2025, 04:0

"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi bəlli oldu

Ölkə futbolu

3-06-2025, 13:0

2024/25 mövsümünün qalibləri mükafatlandırıldı

Ölkə futbolu

27-05-2022, 09:0

Gəncədə futbol festivalı keçirildi

Aktual
“Rəhman Daşdəmirov bizi həddən artıq çətin duruma saldı” – “Nyu Seynts”in saytı
“İstənilən təxribata hazır olmağın vacibliyini deyirəm” - Atanur Cəfərli azərbaycanlı azarkeşlərə xəbərdarlıq etdi
“Lazım olarsa, baş məşqçi Rəşad Sadıqov bu barədə futbolçulara məlumat verəcək” - gürcü azarkeşlər “qartallar”ı necə qarşılayacaq?
“Hələ də güclənməyə ehtiyac var” – “Forza Neftçi” həm razıdı, həm də narazı
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Son xəbərlər
  • Bu gün, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Bu gün, 20:39
    "Zirə" fərqi artırdı - YENİLƏNİR
  • Bu gün, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
  • Bu gün, 19:45
    "Torpedo" - "Zirə": START HEYƏTLƏRİ
  • Bu gün, 19:00
    “Hossam Messini “10 nömrəli oyunçu” adlandırırdı”
  • Bu gün, 18:35
    "Kəpəz"dən növbəti transfer
  • Bu gün, 18:12
    “Rəhman Daşdəmirov bizi həddən artıq çətin duruma saldı” – “Nyu Seynts”in saytı
  • Bu gün, 18:00
    “Trabzonspor” “Beşiktaş”ın rəqibindən oyunçu aldı
  • Bu gün, 16:57
    "Araz-Naxçıvan"da yeni hücumçu
  • Bu gün, 16:26
    DÇ-2026-nın iştirakçısı intihar edib? - DÇ-nin MƏYUSLUĞU
  • Bu gün, 15:55
    “Azərlotereya” jurnalistlər arasında “FC 26” çempionatı keçirdi
  • Bu gün, 15:30
    La Liqada yeni mövsümün 5 oyunu təxirə salınacaq
  • Bu gün, 14:59
    Makqreqor uduzdu, amma milyonlar qazandı
  • Bu gün, 14:05
    “İstənilən təxribata hazır olmağın vacibliyini deyirəm” - Atanur Cəfərli azərbaycanlı azarkeşlərə xəbərdarlıq etdi
  • Bu gün, 13:51
    “Lazım olarsa, baş məşqçi Rəşad Sadıqov bu barədə futbolçulara məlumat verəcək” - gürcü azarkeşlər “qartallar”ı necə qarşılayacaq?
  • Bu gün, 13:20
    Buruk Terimi geridə qoyaraq “Qalatasaray”ın tarixinə düşdü
  • Bu gün, 12:59
    "Şamaxı" gürcüstanlı hücumçu transfer etdi
  • Bu gün, 12:44
    “Hədəf yarışın indiyədək keçirilmiş cüdo üzrə dünya çempionatları arasında ən yaxşısı olmasıdı”- Rəşad Rəsullu
  • Bu gün, 12:25
    Bakıda olacaq DÇ-nin rəsmi loqosu və tanıtım çarxı təqdim edildi
  • Bu gün, 11:54
    Millimiz İngiltərəyə qalib gəldi
  • Bu gün, 11:23
    Alkaras daha bir turniri buraxacaq
  • Bu gün, 10:52
    “Hələ də güclənməyə ehtiyac var” – “Forza Neftçi” həm razıdı, həm də narazı
  • Bu gün, 10:31
    "İmişli"də növbəti ayrılıq
  • Bu gün, 10:00
    Oveçkin qonşusu ilə barışdı və ...Messiyə qonşu oldu
  • Bu gün, 01:06
    Argentina finala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:54
    "Neftçi": açıq məşq və brifinq təşkil olunacaq
  • Dünən, 23:32
    "Komanda oyuna tam hazırdı" - Qurban Qurbanov
  • Dünən, 22:36
    Qalenoyi ilə müqavilə yeniləndi - DÇ-nin QƏRARI
  • Dünən, 21:55
    Yarımfinal oyununa çıxa biləcəklər?
  • Dünən, 21:24
    “Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
  • Dünən, 21:12
    “Red Bull” ilə Ferstappen arasındakı narazılıq artır
  • Dünən, 20:50
    "Hadisələrin axarını dəyişmək üçün əllərindən gələni edəcəklər" - Rəşad Sadıqov
  • Dünən, 20:30
    Ronaldonun klubunda maliyyə problemi yaranıb
  • Dünən, 19:20
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 18:59
    Dünya çempionu vətəninə qayıtmadı
Daha çox
Oxunub: 232
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 216
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 212
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 205
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 159
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə