“Turan Tovuz” Serrano ilə müqaviləni yenilədi - rəsmi

13.08.2025 19:52 9
Ölkə futbolu
”Turan Tovuz” futbolçusu Alexandro Serrano ilə müqaviləni yeniləyib.

"Football-plus.az" klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi 2026/27-ci illər mövsümünün sonunadək Tovuz təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, Alexandro Serrano "Turan Tovuz"un heyətində premyer-liqada 70 oyun keçirib və 5 qol vurub.