Onun yolu haradı?

9.03.2026 11:55 12
Dünya futbolu
Kazemironun mövsümün sonunda “Mançester Yunayted”dən ayrılacağı gözlənilir.

"Football-plus.az" xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını “Arsenal”da davam etdirə bilər.

London klubu mövsüm sona çatandan sonra 34 yaşlı futbolçunu heyətinə qatmaq üçün artıq onun meneceri ilə əlaqə saxlayıb. Məlumata görə, Kazemiro “Arsenal”ın baş məşqçisi Mikel Artetanın şəxsən bəyəndiyi oyunçulardandı və ispan mütəxəssis təcrübəli yarımmüdafiəçinin gəlişinin kluba böyük kuboklar qazanmağa kömək edəcəyinə inanır.

Braziliyalıyla həmçinin “Milan” və “Yuventus”un da maraqlandığı bildirilsə də, futbolçu məhz “Arsenal”a keçməyə üstünlük verir.

Kazemironun MY ilə müqaviləsi bu yay qüvvədən düşəcək. O, cari mövsümdə bütün turnirlərdə 28 matçda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul