• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"İnanmağım gəlmir ki, "Neftçi" "Qarabağ"ın cavabını versin" - Vernidub da Qurbanova boyun əydi

Ölkə futbolu / Manşet

28-04-2026, 19:0

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Neftçi" srağagün Azərbaycan derbisində ağır zərbə aldı. Premyer-liqanın 29-cu turunda "Qarabağ"ı qəbul edən "ağ-qaralar" 9500 tamaşaçı önündə biabırçı hesabla (1:5) uduzdu. Amma bu hələ son deyil. Paytaxt təmsilçisinin Avropada oynamaq şansı var. Söhbət həm "Zirə"nin dünən "Turan Tovuz"la oyunda xal itirməsindən, həm də aprelin 30-da daha bir Azərbaycan derbisinin keçiriləcəyindən gedir. Bu o deməkdi ki, "Neftçi" "Qarabağ"ı məğlub etməklə 4-cü sıraya yüksələ bilər.

Bəs, bu ehtimal nə dərəcədə yüksəkdi? "Ağ-qaralar"ın həqiqətən şansları var, yoxsa rəqəmlər quru ümiddən başqa bir şey deyil? Ən əsası, bakılılar ağdamlılarla son matçda hansı səhvlərə yol verdi və nələri düzəltməlidi ki, hədəfə çatsın?

Bu sualları təcrübəli mütəxəssis Aslan Kərimova ünvanladıq:

"Bəli, "Neftçi" son vaxtlar oyununu xeyli yaxşılaşdırmışdı, aqressiv çıxış edirdi, qələbə qazandıqca motivasiyası artırdı. Ancaq özündən bu qədər güclü rəqiblə qarşılaşmamışdı. Belə demək mümkünsə, əsl imtahanla üzləşməmişdi. Bunlar "Qarabağ"a və "Sabah"a qarşı matçlardı. Əslində derbidəki məğlubiyyətin bir yox, bir neçə səbəbi var. "Ağ-qaralar" ilk 15 dəqiqədə rəqiblə bərabərsəviyyəli oyun sərgilədi. Hər iki komanda aqressiv çıxış edirdi. Topu qazanan kimi sürətlə önə atılmağa, boşluq axtarmağa çalışırdı. Burda "Qarabağ"ın futbolçuları təkbətək mübarizələrdən qalib ayrıldı, həlledici ötürmələr verdi. "Neftçi" bu hücumların yalnız iki-üçündə özünü yaxşı tərəfdən göstərdi, topu qaytarmağı, oyuna nəzarəti ələ keçirməyi bacardı. Bununla belə, Faraj və Varqas topu özündə çox saxladı. Hansısa anda ötürmə etməli olsalar da, bundan yayındılar. Nəticədə əlverişli imkanlar əldən çıxdı. "Qarabağ"ın oyunçuları isə həlledici məqamda ötürmələrə üstünlük verdi, topu qəbul edən futbolçu tora qovuşdurdu. Yəni 1-ci hissədə həm "Qarabağ", həm də "Neftçi" imkanlar yaratdı, ancaq qonaqlar bundan daha yaxşı yararlandı. Ağdamlıların möhtəşəm müdafiə olunduğunu düşünmürəm. Sadəcə, meydan sahiblərinin futbolçuları həm keyfiyyət, həm də oyun zəkası baxımından geridə qaldı. Təbii ki, bu da "Qarabağ"ın avrokuboklardakı zəngin təcrübəsindən qaynaqlanır. Həmin oyunlar komandaya ən kiçik fürsəti belə dəyərləndirməyi öyrədib. O cümlədən, "Neftçi"nin müdafiə xətti açıq-aşkar, həddən artıq kobud səhvlərə yol verdi. Həm də onu qeyd etmək lazımdı ki, "Qarabağ"ın hücum xəttindəki futbolçular çox üstün oynadı. Qurban Qurbanovun komandası "Neftçi"nin səhvlərindən ustalıqla bəhrələndi. Əvvəlki rəqiblər bunu edə bilmirdi. Üstəlik "Neftçi" ikinci yarıda da israrla açıq futbol sərgilədi. Hər dəfə önə keçməyə çalışanda qol buraxmaq komandanın motivasiyasını bir qədər də aşağı saldı. Yenə də buna görə "ağ-qaralar"ı başa düşmək olar. Çünki çempionat oyununda 1:3 və 1:5 hesabı arasında ciddi fərq yoxdu. Risk etdilər ki, bəlkə vəziyyəti düzəldələr".

Aslan bəyin qarşıdakı oyun haqda fikirləri:

"Düşünürəm ki, "Neftçi" birinci matçın ilk dəqiqələrində göstərdiyi aqressivliyi davam etdirməlidi. Çünki həmin məqamda bakılıların 1:5 hesablı məğlubiyyət yaşayacağı gözlənilmirdi. Amma müdafiə xəttində top itkisinə yol verilməməli, xüsusən mərkəz müdafiəçiləri “oyunu oxumalı”, rəqibin həmlələrini əvvəldən təxmin etməli, gözüaçıq olmalıdı. Çünki "Qarabağ" bu məqamda da rəqibdən üstün idi. Bu problemin öhdəsindən gəlsələr, ikinci oyunda yaxşı nəticə əldə edə bilərlər. Amma məlum məğlubiyyətin psixoloji təsirindən xilas olub-olmayacaqları hələ bəlli deyil. O başqa məsələ ki, "Neftçi"nin məşqçisi (Vitali Vernidubu nəzərdə tutur - red.) oyunsonrası mətbuat konfransında ikinci qarşılaşma haqda böyük ümidlə danışmadı. Açıq-aşkar dedi ki, "Qarabağ"ın səviyyəsinə çatmağa hələ çox vaxt var. Bu sözlər deyilirsə, ikinci oyun üçün möcüzə gözləmək olmur. 3-4 tur sonra yenidən qarşılaşsalar, bəlkə nəsə gözləmək mümkün idi, oyunçular yaşananları yaddan çıxarardı. Lakin indiki məqamda "ağ-qaralar"ın qələbə qazanacağını düşünmək çətindi. İnanmağım gəlmir ki, "Neftçi" "Qarabağ"ın cavabını versin. Ən yaxşı halda heç-heçə edə və ya daha kiçik hesabla uduza bilərlər".

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

8-03-2025, 14:0

“Sabah”la “Neftçi”dən biri kuboku qazansa, “Turan Tovuz” kənarda qalacaq”

Ölkə futbolu / Aktual

14-03-2026, 10:0

“Sabah”la “Qarabağ” autsayderlərlə oyunda xal itirə bilər” – Arif Əsədov “Neftçi”yə daha çox inanır

Ölkə futbolu / Manşet

16-02-2025, 16:0

"Oyun “Qarabağ”ın dominantlığı şəraitində keçəcək" - Azərbaycan derbisində kim şanslıdı?

Ölkə futbolu / Aktual

9-04-2025, 14:0

“Qarabağ” kuboku götürsə, “Turan Tovuz”un avrokuboklara getmək şansı olacaq” – Aslan Kərimov

Ölkə futbolu / Aktual

9-03-2026, 11:0

“Neftçi”nin avrokubok şansları böyükdü” - Fərid Namazov

Aktual / Ölkə futbolu

1-12-2024, 18:0

“Qarabağ” hansı heyətlə oynasa belə, “Neftçi” üçün çətin olacaq” — 40 faiz şans?

Aktual
“Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Son xəbərlər
  • Bu gün, 01:11
    B qrupunda yenə heç-heçə - DÇ gecəsi
  • Dünən, 23:56
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:06
    Millimiz dünya çempionu oldu
  • Dünən, 22:35
    Azər Bağırovun köməkçiləri müəyyənləşdi
  • Dünən, 22:03
    “İkinci çempionluğumuz ən yaddaqalan və çətindi” - Okan Burukun köməkçisi ayrılmağa yaxındı
  • Dünən, 21:29
    Bazanın yaxınlığında cəsəd tapıldı
  • Dünən, 20:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 20:28
    İngilislərin əşyaları necə yoxa çıxıb?
  • Dünən, 19:59
    Lebron Ceymsə məsləhət: “Leykers”i tərk et!
  • Dünən, 19:20
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 18:50
    Dünya idmanı işğalçıya qucaq açmağa başladı?
  • Dünən, 18:20
    Milli komandada ciddi itki
  • Dünən, 17:50
    “Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
  • Dünən, 17:26
    6 oyunluq məğlubiyyət seriyasına son qoyuldu
  • Dünən, 16:57
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:27
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 15:56
    Avstraliyanın məşqçisi Türkiyə ilə oyun haqda nə dedi? - ''... bütün dünyaya göstərməyin zamanıdı''
  • Dünən, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Dünən, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Dünən, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Dünən, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Dünən, 14:07
    Bizim çempionatı onlar da bəyənmirlər
  • Dünən, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Dünən, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Dünən, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Dünən, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Dünən, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Dünən, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Dünən, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Dünən, 10:00
    Klubunda hamını arxada qoydu
  • Dünən, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Dünən, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 244
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 237
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 213
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə