Mərdəkanda yerləşən və AFFA-nın balansında olan “Liv Bona Dea Arena”da təbii ot örtüyünün yenilənməsi məqsədilə genişmiqyaslı renovasiya işlərinə start verilib.
"Football-plus.az" xəbər verir ki, aparılan işlər UEFA-nın “Hat-Trick” layihəsi çərçivəsində həyata keçirilir və stadionun infrastrukturunun daha da təkmilləşdirilməsinə xidmət edir.
Layihə çərçivəsində meydanın keyfiyyətinin artırılması, beynəlxalq standartlara uyğunlaşdırılması və oyun şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur.