Lissabondan Milana üz tutmaq şansı var

20.04.2026 10:00
Dünya futbolu
Usman Diomande karyerasını İtaliyada davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, bu barədə məlumatı məşhur insayder Nikolo Skira yayıb. “Milan” uzun müddətdi “Sportinq”in müdafiəçisini izləyir. İtaliya klubu artıq gənc oyunçunun mümkün transferi üçün lissabonlulara müraciət edib.

22 yaşlı Usman “Sportinq”də 2023-cü ildən çıxış edir. O, bu mövsüm 25 oyunda iştirak edib və 1 qol vurub. Diomandenin klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.