"Turan" finala vəsiqə qazandı

13.04.2026 20:25 38
İdman
Qadın voleybolçular arasında yüksək liqada növbəti finalçı müəyyənləşib.

“Turan” və “Gəncə” arasında baş tutan yarımfinal matçı birincilərin qələbəsi ilə yekunlaşıb.

Tovuz Olimpiya İdman Kompleksində keçirilən oyun ev sahiblərinin 3:0 hesablı üstünlüyü ilə bitib.

Tovuz komandası birinci görüşdə də eyni hesabla qalib gəlmişdi.

“Turan” finalda “DH Volley”lə münasibətlərə aydınlıq gətirəcək.