“Əsas rəqibə uduzduq, çempionluq getdi” - “Dənizçilər” günahı kimdə görür?

10.04.2026 21:36 45
Ölkə futbolu / Aktual
1-ci liqada 21-ci turun mərkəzi qarşılaşmasında “Şəfa”ya uduzan (1:2) “Səbail”, demək olar ki, çempionluq şansının üzərindən xətt çəkdi. “Mingəçevir”in də qələbə qazanmasıyla “dənizçilər” 4-cü pilləyə yuvarlandı.

Komandanın belə durumda olmasının səbəbi nədi? 4-cü olmaq pis idarəçiliyin, yoxsa məşqçi bacarıqsızlığının nəticəsidi? Bayıl təmsilçisinin “Dənizçilər” azarkeş qrupunun rəhbəri Atif Rüstəmzadə sualımızı cavabladı:

“Əsas rəqibə uduzduq, çempionluq getdi. Bundan sonrakı hədəf ikincilikdi. Elitadan gələn komandanın büdcəsi böyükdü. Onlarla başabaş oynamaq olmaz, real deyil. Premyer-liqaya qayıtmaq real deyil. Rəhbərlikdə problem görmürəm. Sponsor problemi var. Əlimiz-qolumuz bağlıdı. Adil Şükürovluq da nəsə yoxdu. O gələndə “transfer pəncərəsi” bağlı idi. İki legionerimiz var, biri zədəlidi. Bununla heç nə etmək olmaz. Düzdü, deyəcəklər ki, “Şəfa” legionersiz oynayır. Amma heyətimiz güclü deyil də”.

MÜZƏFFƏR QULUZADƏ