Belə qəliz vəziyyətlə bağlı fikrini öyrənmək üçün “Karvan-Yevlax”ın vitse-prezidenti Kənan Kərimova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Oyun haqda onu deyə bilərəm ki, belə hesabla məğlub olmaq istəməzdik. Ancaq rəqib “Qarabağ” idi. Premyer-liqada qalmağa çalışacağıq. Riyazi baxımdan şanslar var. Komandada hər şey qaydasındadı. Həm fiziki, həm də psixoloji durum yaxşıdı. Hədəfə çatacağımıza inanırıq. Qarşıdan “Kəpəz”lə oyun gəlir. Həmin matç bizim üçün dönüş nöqtəsi olacaq”.
Xatırladaq ki, “Karvan-Yevlax” – “Kəpəz” matçı aprelin 10-u, saat 15.30-da Yevlax şəhər stadionunda start götürəcək. Yevlax təmsilçisi 11-ci sırada olan “Qəbələ”dən 11, “Kəpəz”dən 13 xal geridədi.
KƏNAN BAHADIR





