“FİFA Series”də yerli hakimlər olmayacaq?

27.03.2026 15:55 14
Ölkə futbolu / Aktual
Bu gün “FİFA Series” start götürür. Amma azərbaycanlı hakimlər bu oyunlarda söz sahibi ola bilməyəcək.

“Football-plus.az” xəbər verir ki, bunun səbəbi FİFA-nın beynəlxalq oyunlarda yerli hakimlərin öz ölkəsinin yığmasının oyunlarını idarə etməsinə icazə verməməsidi.

Qeyd edək ki, hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Artıq bu gün saat 19.00-da başlayacaq Azərbaycan – Sent Lüsiya oyununu idarə edəcək hakimlər briqadasının tərkibi də açıqlanıb. Baş hakim Georgi Kruaşviliyə Levan Varamişvili ilə Georgi Elikaşvili yardım edəcək. 4-cü hakin isə Koba Revazaşvilidi. Hakimlər briqadası Gürcüstandandı.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul