Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinə yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, yarışın sonuncu günündə +100 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Camal Qamzatxanov fəxri kürsüyə qalxmağa çox yaxın olsa da, yekunda beşinci pillə ilə kifayətlənib.
Turnirə uğurla start verən cüdoçumuz ardıcıl qələbələr qazanaraq yarımfinala qədər irəliləyib. Lakin həlledici mərhələlərdə rəqiblərinə müqavimət göstərə bilməyən Camal bürünc medal uğrunda qarşılaşmanı da məğlubiyyətlə başa vurub.