Messidən yubiley qolu

20.03.2026 10:12 13
Dünya futbolu
Lionel Messinin formasını geyindiyi “İnter Mayami” KONKAKAF Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçına çıxıb. Mayami təmsilçisi “Neşvill”lə qarşılaşıb.

"Football-plus.az" xəbər verir ki, ilk oyunda qolsuz heç-heçə qeydə alınmışdı. Cavab görüşündə də qalib müəyyənləşməyib – 1:1. Lakin “Neşvill” səfər qolu qaydasına əsasən mərhələni adlayıb.

“İnter Mayami”nin yeganə qolunun müəllifi Lionel Messi üçün isə bu oyun əlamətdar olub. Belə ki, 38 yaşlı superulduz futbol karyerasında 900-cü qoluna imza atıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul