Start ərəfəsində şokolad-avtomobil

11.03.2026 19:55 12
İdman
Qida şirkətlərindən biri, çempionatla tərəfdaşlığını və məhdud sayda şokoladlı avtomobilin buraxılışını qeyd etmək üçün Böyük Britaniyada “Formula-1” avtomobilinin tam ölçülü şokolad variantını təqdim edib.

"Football-plus.az" xəbər verir ki, təqdimat mərasimi Britaniya avtoidmanının vətəni olan “Silverstoun”da baş tutub. Altı metr hündürlüyündə şokolad avtomobili keçmiş pilot, indi şərhçi kimi çalışan Billi Monger qutudan çıxarıb.

Şokoladlı avtomobilin uzunluğu 5 metr, eni 2 metr, çəkisi isə 350 kq-dı. Onun şokolad ustası Cen Lindsey-Klarkın nəzarəti altında yaradılması 1254 saat çəkib.

Mongerin bununla bağlı fikri:

“Silverstoun”da bir çox inanılmaz avtomobil görmüşəm, amma heç vaxt bu qədər unikal olmayıb. Yarışlarda bizə həmişə diqqətimizi cəmləmək deyilir, amma hətta ən yaxşı sürücülər də bilirlər ki, lazımi fasilə olmadan yarışmaq mümkün deyil. Buna görə də insanlara fasilə verməyi və yeni çətinliklərə hazırlaşmağı xatırlatmaq üçün bu nəhəng şokoladlı avtomobili Britaniya yarışlarının evinə gətirməkdən məmnunam”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul