"Fənərbaxça" çempion olmaq istəmir?

26.02.2026 14:50 23
Dünya futbolu
Türkiyə çempionatının 23-cü turuna bazar ertəsi Kadıköydə yekun vuruldu. Hər kəs autsayderlərdən olan ''Kasımpaşa''nı qəbul edən ''Fənərbaxça''nın rahat qələbə qazanacağını düşünürdü.

"Football-plus.az" xəbər verir ki, ''Qalatasaray'' turu qələbəsiz başa vurmuşdu və ''Fənər'' uzun müddət sonra ilk dəfə xal hesabında liderə çata bilərdi. Amma İstanbul nəhəngi həm şanssız, həm də zəif bir futbolla fanatlarını məyus etdi. Meydan sahibləri hələ ilk yarıda hər iki mərkəz müdafiəçisi Çağlar Söyüncü ilə Ceyden Oostervoldeni zədə üzündən itirdilər. Oyunun son anları çox dramatik alındı. ''Fənər'' əlavə vaxtda həm böyük sevinc, həm də böyük üzüntü yaşadı.

Əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə qonaqlar azlıqda qaldılar və bundan 2 dəqiqə sonra Asensio stadionu ayağa qaldırdı. Amma əsas vaxta əlavə olunmuş 11-ci dəqiqədə stadion sükuta qərq oldu. ''Kasımpaşa''nın yeni transferi Cim Allevina Genduzini qabaqlayaraq yaxın məsafədən topu tora göndərdi. Qabonlu forvard Türkiyə çempionatında ilk qolunu vurdu. Bu, ''Fənər''in XXI əsrdə superliqada buraxdığı ən gec qol oldu. ''Kasımpaşa'' ilk dəfə ''Fənər''dən ardıcıl iki qarşılaşmada xal aldı. Özü də 1:1 hesabı ilə bitən ilk dövrədəki oyunda da ''Kasımpaşa'' bərabərlik qolunu azlıqda vurmuşdu!

Beləliklə, ''Fənər'' 23-cü həftəni də məğlubiyyətsiz tamamlamasına baxmayaraq hələ də liderdən 2 xal geridədi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul