Bu gün “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la ilk matça çıxacaq. Oyunun keyfiyyəti, azarkeşlərin rahatlığı baxımından əsas məqamlardan biri də hava durumudu.
Bəs oyun vaxtı hava necə olacaq?
Matçın başlayacağı 21.45-də havanən hərarəti 7 dərəcə olacaq. Qarşılaşmanın sonuna qədər də havanın dəyişəcəyi gözlənilmir. Yağıntı, külək də olmayacaq.
Bir sözlə, qalır meydana çıxıb qələbə qazanmaq, ya da ən azı intriqanı səfər oyununa saxlamaq!
MÜZƏFFƏR QULUZADƏ
Hava da gözəl olacaq - qalır qələbə qazanmaq!
Avrokuboklar / Aktual






