“Araz-Naxçıvan” braziliyalı ilə anlaşdı - RƏSMİ

14.02.2026 13:43 14
İdman
"Araz-Naxçıvan" futzal komandası heyətinə yeni oyunçu qatıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Araz-Naxçıvan" braziliyalı Elan Delon Pereyra da Silva ilə müqavilə imzalayıb.

24 yaşlı oyunçu karyerası ərzində ölkəsinin "Pumas-SE", "Uniao Bahia-BA" klubları ilə yanaşı, Avstriyanın "Göfis" və Tacikistanın "Soro Kompaniya" komandalarında da çıxış edib.