• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah” darmadağın etdi, Dambrauskas coşdu - REPORTAJ

Ölkə futbolu / Reportaj

13-02-2026, 15:0

Sabah (Bakı) - Araz-Naxçıvan 4:1 (3:0)
92. Stas Pokatilov (k) - 6,0
27. Timoteuş Puxaç - 6,5
40. İqor Noqeyra - 6,0
(5. Rəhman Daşdəmirov, 76) - qiymətsiz
3. Stiv Solvet - 6,5
80. Akim Zedadka - 6,0
13. İvan Lepinitsa - 6,0
7. Umarali Raxmonaliyev - 7,0
(22. Zinedin Uld Xaled, 76) - qiymətsiz
19. Aaron Maluda - 7,5
(11. Kahim Parris, 88) - qiymətsiz
46. Aleksey İsayev - 6,0
(70. Cesse Sekidika, 69) - 4,5
21. Velko Simiç - 7,0
9. Xəyal Əliyev - 7,0
(83. Stefen Ende, 76) - qiymətsiz
Ehtiyat oyunçular
55. Nicat Mehbalıyev
94. Rəvan Mirzəmmədov
17. Tellur Mütəllimov
10. Anatoli Nuriyev
2. Amin Seydiyev
6. Abdulla Xaybullayev
Baş məşqçi: Valdas Dambrauskas
Komandanın ən yaxşısı: Aaron Maluda

94. Tərlan Əhmədli - 4,5
5. Slavik Alxasov - 5,0
(4. Rahil Məmmədov, 75) - 3,5
77. Bruno Franko - 4,5
3. Bəxtiyar Həsənalızadə (k) - 4,5
26. Ömər Buludov - 4,5
24. Mustafa Əhmədzadə - 5,0
(29. Vanderson Melo, 69) - 3,5
6. Patrik Andrade - 5,5
7. Hamidu Keyta - 4,5
(10. Felipe Santos, 58) - 5,0
8. Coşqun Diniyev - 5,0
(19. Bar Kohen, 75) - 4,0
70. Şarl Boli - 4,5
11. Ba-Muaka Simakala - 4,5
(16. Ramon Maçado, 58) - 4,0
Ehtiyat oyunçular
12. Kristian Avram
14. Ülvi İsgəndərov
23. Nuno Rodriges
Baş məşqçi: Andrey Demçenko
Komandanın ən yaxşısı: Patrik Andrade

Qollar: U.Raxmonaliyev, 7-p. (1:0). A.Maluda, 11 (2:0, U.Raxmonaliyev). X.Əliyev, 16 (3:0, V.Simiç). X.Əliyev, 68 (4:0, T.Puxaç). F.Santos, 86 (4:1, P.Andrade).
Vərəqələr: B.Həsənalızadə, 37 (qeyri-idman hərəkəti). M.Əhmədzadə, 59 (qeyri-idman hərəkəti). S.Solvet, 66 (qeyri-idman hərəkəti). X.Əliyev, 71 (qeyri-idman hərəkəti). P.Andrade, 80 (qeyri-idman hərəkəti). Ö.Buludov, 82 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: Rəvan Həmzəzadə (Şəki).
VAR hakiminin köməkçisi: Emin Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev (Bakı).
AFFA nümayəndəsi: Elçin Məmmədov (Bakı).
8 fevral. Bakı. “Bank Respublika Arena”. 951 tamaşaçı (8900 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.

Ölkəmizə gələndən qələbəyə həsrət qalan Andrey Demçenko bu dəfə çempionatda qarşısıalınmaz görünən “Sabah”ın qonağı oldu. Ötən tur Mərdəkanda “Neftçi”dən 4 cavabsız top buraxan Muxtar Respublika təmsilçisi üçün bu oyunun daha çətin keçəcəyini təxmin etmək olardı. Təxminlərimizdə yanılmadıq.

8-ci dəqiqədə Puxaçın ötürməsini qəbul edən Maluda cərimə meydançasında rəqib kapitan - Bəxtiyar ona qarşı kobud oynadığı üçün yerdə qaldı. Buna görə də baş hakim doğru olaraq penalti nöqtəsini göstərdi. Topa yaxınlaşan Umarali isə hesabı açdı. 11-ci dəqiqədə 20 yaşlı vinger özü qol vurdu. Umaralinin uzaqdan çox baxımlı ötürməsindən sonra topu qəbul edən Aaron cinahda topu qəbul edib, cərimə meydançasına doğru driblinqlə irəlilədi, hər kəs ötürmə verəcəyini gözləsə də, o, zərbə endirdi və hesab arasındakı fərqi artırdı. Masazırlılar 16-cı dəqiqədə, demək olar ki, matçın taleyini həll edən qolu vurdu. Simiç meydanın mərkəzindən bir ötürmə ilə Xəyalı qapıçıyla üzbəüz qoydu. Gənc hücumçu isə topu qapıdan keçirməyi bacardı.

Bundan sonra oyun elə davam etdi ki, sanki hesabda geridə olan “Sabah”dı. Dambrauskasın komandası hücumları sıralayırdı. 33-cü dəqiqədə ev sahibləri dördüncü qolu vura bilərdi. Amma Simiçin ötürməsindən sonra Aleksey topu qapıçının üstünə vurdu. 1 dəqiqə sonra Velko özü fərqlənə bilərdi. Lakin Zedadkanın asmasından sonra onun başla zərbəsi tirin üstündən keçdi. 36-cı dəqiqədə, nəhayət, Demçenkonun komandası rəqibin cərimə meydançasına yaxınlaşa bildi. Coşqunun ötürməsindən sonra Simakala akrobatik tullanışla zərbə endirməyə çalışdı, top heç ayağına oturmadı. 43-cü dəqiqədə Bəxtiyar baxımlı məhsuldar ötürmə ilə yadda qala bilərdi. Onun geridən ötürməsindən sonra Simakala zərbə vurmağa yubandı, top Patrikə gəldi, onun zərbəsini isə Zedadka boş qapıdan çıxardı. Amma hücum başa çatandan sonra yan xətt hakiminin də bayrağı havada idi. İlk hissədə başqa yaddaqalan epizod olmadı.

İkinci yarıya isə qonaqlar təzyiqlə start verdi. Hətta penalti də qazandılar. Zedadkanın Boliyə qarşı kobud oynadığını düşünən referi penalti qərarı verdi. Lakin VAR-ın müdaxiləsindən sonra qərar dəyişdi. Zedadkaya göstərilmiş sarı vərəqə də ləğv olundu. 68-ci dəqiqədə “Sabah” çox baxımlı kombinasiyanı qolla tamamladı. Maludanun Puxaça, Puxaçın isə Xəyala ötürməsi qolla yekunlaşdı. Onsuz da ikinci hissədə temp çox aşağı idi, bu qoldan sonra bir qədər də düşdü. 81-ci dəqiqəyə qədər heç bir təhlükəli vəziyyət olmadı. “Neftçi” ilə oyunda olduğu kimi, yenə də Felipe meydana çıxandan sonra “Araz-Naxçıvan”da müəyyən qədər hərəkətlilik yarandı. 86-cı dəqiqədə braziliyalı futbolçu topu çempionatda ən az qol buraxan qapıçı Pokatilovun başı üzərindən aşıraraq qapıya göndərdi.

Beləliklə, “Araz-Naxçıvan” ardıcıl 2 oyunda 4 qol buraxaraq qələbəsizlik seriyasını dördə çatdırdı. “Sabah” isə vahid lider kimi yoluna davam etdi.

Gözdən qaçmadı
// 1-ci hissə başa çatandan sonra Dambrauskas qaça-qaça paltardəyişmə otağına getdi.
// Ən böyüklərinin 12-13 yaşı olan 7 “Sabah” azarkeşi özləri üçün ayrıca azarkeşlik edirdi, hətta amiqoları da var idi.
// Demçenko Patrik Andradeyə rusca təlimatlar verirdi.

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

8-02-2026, 15:0

"Sabah" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ

Ölkə futbolu

25-10-2025, 14:0

"Araz-Naxçıvan" - "Sabah": START HEYƏTLƏRİ

Ölkə futbolu

4-02-2026, 18:0

"Sabah" - "Qəbələ": START HEYƏTLƏRİ

Ölkə futbolu

25-01-2026, 17:0

"Sabah" - "Karvan-Yevlax": START HEYƏTLƏRİ

Ölkə futbolu

31-01-2026, 16:0

"Zirə" - "Sabah": START HEYƏTLƏRİ

Ölkə futbolu

3-11-2025, 19:0

"Sabah" - "Qəbələ": START HEYƏTLƏRİ

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • 7-08-2026, 20:0
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
Daha çox
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 119
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 86
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə