• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ramos onu sevməyən klubu alır - ünlü müdafiəçi 400 milyon avronu hardan tapıb?

Dünya futbolu

11-02-2026, 19:0

Bu ilin lap əvvəlində mediaya Serxio Ramosun doğma klubu “Sevilya”nı almağa hazırlaşması haqda xəbər sıçradı.

"Football-plus.az" xəbər verir ki, Ramos Əndəlüsdə doğulub, klubun akademiyasında 7 il keçirib, ancaq əsas komandanın heyətində cəmi iki mövsüm keçirib: debüt edib və ardından “Real”a yollanıb, bir də Meksikaya səfər ərəfəsində vida mövsümü olub. İndi isə Serxio artıq tam başqa statusla qayıtmağa hazırdı. O, “Sevilya”nı 400 milyon avroya almağa hazırlaşan səhmdarlar qrupunun əsas simasıdı.

Ramos Amerikanın “Five Eleven Capital” futbol holdinqinin baş direktoru olan argentinalı biznesmen Martin İnklə birləşib. Alyansın məqsədi “Sevilya”nı əsl nəhəngə çevirmək üçün layihənin maliyyə dəstəyini və iqtisadi sabitliyini təmin etməkdi.
Bir çox mənbə bildirir ki, sövdələşmə artıq son mərhələdədi və klub yaxın aylarda yeni sahiblərinin əlinə keçəcək. Hazırda üçaylıq audit gedir. Əvvəllər bir başqa Amerika konsorsiumu “Sevilya”nı almağa əsas namizəd sayılırdı, ancaq Ramos üfüqdə görünəndən sonra yarışdan çıxdı.

“Sevilya” artıq bir neçə ildi maliyyə tənəzzülü yaşayır, elə nəticələr də pisləşib. ABŞ şirkətlərinin klubu alacağı ilə bağlı şayiələr çoxdan gəzirdi, ancaq “Valensiya”nın bəd nümunəsini görən klub rəhbərliyi onların şərtini qəbul etməyə tələsmirdi. Klubu etibarlı əllərə vermək vacib idi. Hər şeydən belə görünür ki, Ramos başqalarını məhz özünün xilaskar roluna hamıdan yaxşı yaradığına inandıra bilib.

“Five Eleven Capital” şirkəti Sevilyadakı durumdan yaxşı xəbərdardı, çünki klubun indiki idman direktoru Antonio Kordonla çoxdan peşəkar münasibətlər qurub. Bu detal maraqlı tərəflər arasındakı əlaqəni gücləndirir və danışıqlar prosesini asanlaşdırmağa xidmət edir. Çox şey klubun borcunun qiymətləndirilməsindən asılıdı ki, bu borc da təxminən 180 miyon avro ola bilər. Bir də burda 2024-cü ilin martında “Goldman Sachs”dan götürülən kreditin nəzərə alınıb-alınmadığı bilinmir.
Və hələ o da deyilmir ki, Ramosun təmsil etdiyi neçə adam alışdab dərhal sonra “Sevilya”ya investisiya qoymağa hazırdı. Daha bir vacib məqam – pul axını günlərin birində dayanmayacaq ki? Axı İspaniya və İtaliya klubları dəfələrlə belə aqibətlə üzləşib.

Serxio özü ictimaiyyət önünə çıxan əsas şəxs olsa da, kapital qoyuluçun baxımından əsas fiqur deyil. Sadəcə, o məlumdu ki, futbolçu “JB Capital Fund” şirkəti ilə birgə məqsədyönlü şəkildə “Sevilya” üçün investorlar axtarıb və nəhayət, “Five Eleven Capital”ın üzərində dayanıb. Serxio hətta “Sevilya”ya yarımilliyə öz xidmətini təklif edib, ancaq indi məsələ tam fərqli xarakter alır.

Hər halda, Serxio təkliflər almaqdadı. İraqın “Əl-Kuva Əl-Caviya” klubunun prezidenti Ramosa dəvət göndərdiyini və cavab gözlədiyini bildirib. Həmçinin belə insayd da var ki, guya “Milan” futbolçuya 5 milyon dollar əməkhaqqı təklif edib. Bu xəbər feykə oxşasa da, ispaniyalı müdafiəçinin karyerasını davam etdirməklə bağlı təkliflərinin olduğu şübhə doğurmur.

Bəs Ramis eyni vaxtda “Sevilya”nın həm rəhbəri, həm də oyunçusu ola bilərmi? Xeyr! Qanunlar fəaliyyətdə olan futbolçuya çıxış etdiyi turnirlərdə kommersiya və ya investisiya maraqlarına malik olmağı qadağan edir. Pike vaxtilə İspaniya kuboku uğrunda oyunları Səudiyyə Ərəbistanına “köçürməyə” yardım etmiş və buna görə payını götürmüşdü. İstənilən halda, Ramos “Sevilya”nnı rəhbərliyinə daxil ola və futbolçu karyerasını ölkə xaricində davam etdirə bilər.

Daha bir maraqlı məqam var. Nə qədər əfsanəvi futbolçu statusu daşısa da, Ramosu doğma klubunda çoxları sevmir. Əvvəldə də xatırlatdığımız kimi, Serxio böyüklər səviyyəsində elə ilk mövsümün ardından “Real”a yollanıb. Madrid nəhəngi ona görə “Sevilya”ya 2005-ci ildə yetərincə yüksək məbləğ sayılan 27 milyon avro ödəyib. Lakin gənc futbolçu öz dəyərini də dərk etdi - o, artıq İspaniya millisinin əsas müdafiəçisi idi. Beləliklə, heç bir möhtəşəm vida olmadı - Ramos qəzəbli azarkeşlərlə belə vidalaşmadan sakitcə getdi.

Hər şeyin məhz belə alınmasıyla bağlı müxtəlif versiyalar var. İlk versiya belədi ki, Serxio doğma klubu belə erkən tərk etdiyini görə çox təsirlənsə də, böyük qardaşı onu dilə tutub. İkinci versiyaya gəlincə, 18 yaşlı yeniyetnə klub prezidentinə üz tutaraq ömürlük müqavilə tələb edib. Guya cavabında eşidib ki, klubun yetirmələri heç vaxt top səviyyəli legionerlər qədər pul qazanmayacaq.
Nə olur-olsun, dolaşıq tarixçədi. Əlbəttə, Ramos möhtəşəm karyera qurdu, ancaq doğma “Ramon Sançes Pisxuan”da daim onu fitə basırdılar. Serxio isə qoldan spnra bəzən fanatların önündə əlini qulağına aparmaqla kiçik təxribatlara əl atırdı. Bütün bu jestlər onun personasına nifrəti artırırdı.

Ramos 2023-cü ildə “Sevilya”ya son mövsümünü keçirmək üçün təşrif buyuranda dərhal iki azarkeş qrupu etiraz bəyanatı yaydı. Bəyanatda deyilirdi ki, belə sövdələşmə futbolçunun təxribatlarına dözən azarkeşlərə və klubun dəyərlərinə hörmətsizlikdən xəbər verir. Son nəticədə fitəbasmadan və təhqirdən imtina etdilər, ancaq onu dəstəkləmədilər də.
Çox dramatik tarixçə alınır – Ramos sevilmədiyi kluba dönür ki, onu xilas etsin. Hər şey alınsa və “Sevilya” ən azı “Atletiko” səviyyəsində nəhəngə çevrilsə, Serxio əsl əfsanə olacaq. Ancaq bu layihə batsa, onda çətin ki, bir də onu nə vaxtsa bağışlayalar.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-01-2026, 13:0

Ramos istəyinə çatmağa yaxındı

Dünya futbolu

4-09-2023, 23:0

Serxio Ramos “Sevilya”da

Dünya futbolu

5-09-2023, 20:0

Ramos 18 ildən sonra “Sevilya”da

Dünya futbolu

5-01-2026, 19:0

Prezident olmaq fikrinə düşüb

Dünya futbolu

10-10-2024, 18:0

Ramos İtaliyada oynayacaq?

Dünya futbolu

3-09-2024, 15:0

Ramos da Asiyaya yollanacaq

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Bu gün, 10:52
    Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
  • Bu gün, 10:31
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 10:00
    Mbappe rekordlardan doymur
  • Bu gün, 09:40
    Yarımfinal: Fransa - Ispaniya, Ingiltərə - Argentina
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Dünən, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Dünən, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Dünən, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Dünən, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Dünən, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Dünən, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Dünən, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Dünən, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Dünən, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Dünən, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Dünən, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Dünən, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Dünən, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • 10-07-2026, 23:0
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 138
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 134
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə