Nigarın komandası məğlub oldu

9.02.2026 11:26 31
Dünya futbolu
Qadın futbolçulardan ibarət millimizin müdafiəçisi Nigar Mirzəliyevanın formasını geydiyi "Hamburq" bundesliqada növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda "Leyptsiq"lə qarşılaşıb. "Hamburq" bu matçda uduzub - 1:3. Nigar meydana start heyətində çıxıb və 64-cü dəqiqədə əvəzlənib.

"Hamburq" 17 turdan sonra 10 xalla 12-ci pillədə qərarlaşıb.