Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda üz-üzə gələcək "Liverpul"la "Qarabağ"ın start heyətləri bəlli olub.
"Football-plus.az" xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Liverpul": Alisson Beker, Ceremi Frimponq, Rayan Qravenberx, Vircil van Diyk (k), Endryu Robertson, Florian Virts, Aleksis Makallister, Dominik Soboslai, Məhəmməd Salah, Üqo Ekitike, Kodi Qakpo.
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdulla Zubir (k), Xoni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.