"Ayaks"a uduzmağın acısı: “Qarabağ” 22-24-cü yerləri bölüşür...

11.12.2025 01:58 30
Avrokuboklar / Aktual
Dekabrın 10-da Çempionlar Liqasında liqa mərhələsinin 6-cı turunun daha 9 oyunu keçirilib.

Nəticələrlə tanış olun:
Qarabağ (Azərbaycan) – Ayaks (Niderland) 2:4

Vilyarreal (İspaniya) – Kopenhagen (Danimarka) 2:3

Komesanya, 47. Oluvaseyi, 56 – Elyunussi, 2. Aşuri, 48. Kornelius, 90.

Real (İspaniya) – Mançester Siti (İngiltərə) 1:2
Rodriqo, 28 – O’Rayli, 35. Holann, 43-p.

Atletik (İspaniya – PSJ (Fransa) 0:0

Bayer-04 (Almaniya) – Nyukasl (İngiltərə) 2:2
Gimaraynş, 13-öz qapısına. Qrimaldo, 88 – Qordon, 51-p. Mayli, 74.

Benfika (Portuqaliya) – Napoli (İtaliya) 2:0
Rios, 20. Barreyro, 49.

Brügge (Belçika) – Arsenal (İngiltərə) 0:3
Madueke, 25; 47. Martinelli, 56.

Borussiya D (Almaniya) – Bude/Qlimt (Norveç) 2:2
Brandt, 18; 51 – Aleesami, 42. Hoq, 75.

Yuventus (İtaliya) – Pafos (Cənubi Kipr) 2:0
Makkenni, 67. Devid, 73.

Bu gecənin nəticələrindən sonra “Qarabağ” 7 xalla 22-24-cü yerləri bölüşür. “Napoli” və “Kopenhagen” də 7 xal toplayıb.