• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Dambrauskas üstümüzə hansı “silah”la gəlib?

Yazarlar / Manşet

18-01-2026, 12:0

Bu yaxınlarda “Sabah”ı tərk edən bosniyalı müdafiəçi Boyan Letiçin müsahibəsini oxudum.

Bəribaşdan deyim ki, Letiçi yaxşı futbolçu, etibarlı müdafiəçi kimi tanımışam. “Sabah” indiyə qədər ölkə çempionatında uğurlu çıxış edib, müəyyən nəticələr qazanıbsa, bunda Letiçin əvəzsiz xidmətinin olduğu şübhə doğurmur. Onun müsahibəsində diqqətimi çəkən əsas məqamlardan biri məşqçi dəyişiklikləri ilə bağlı dedikləri oldu. Sitat: “Oyunumdakı enişə məşqçi dəyişiklikləri böyük təsir göstərə bilər, çünki hər məşqçinin öz sistemi var – bəzisi sənə uyğun gəlir, bəzisi yox. Murad Musayevlə olan “Sabah”la sonrakı “Sabah” eyni deyildi. Düzünü desəm, Murad Musayev gedəndə mən də klubdan ayrılmaq istəyirdim, amma ondan iki həftə əvvəl müqavilə müddətini uzatdığım üçün bu, mümkün olmadı”.
Belə dəyişikliklər təkcə “Sabah”ın yox, ümumilikdə Azərbaycan futbolunun böyük problemidi. Bizim klublar uğursuzluqları məşqçiləri dəyişməklə, azarkeşlərə bu cür dəyişikliklərin fonunda yeni ümidlər verməklə ört-basdır etməyi sevirlər. Bacarıqsız klub rəhbərləri işbaz menecerlərlə əlbir olur, yararsız legionerləri vaqon-vaqon Azərbaycana gətirir, heyət formalaşdırırlar. Həmin o sınıq-salxaq, amma xeyli bahalı heyət “bir parça çörəkpulu” qazanmaq arzusuyla susan məşqçinin sərəncamına verilir. Sözsüz, bunun da davamında məğlubiyyətlər, xal itkiləri sıralanır. Günahkarı uzaqda axtarmaq lazım gəlmir. İlk hədəf baş məşqçi seçilir. Onu “qurbanlıq qoyun”a çevirib, qurban verirlər. Bəli, razıyam ki, bəzi hallarda məşqçilər də belə transfer maxinasiyalarında pay (günah) sahibi olurlar. Amma bu detal belə ümumi mənzərəni dəyişmir.
“Sabah” da bu mənada istisna olmayıb. Xeyli müddətdi ki, “Sabah” Azərbaycanın iddialı klublarından birinə çevrilib. O qədər də böyük tarixə malik olmayan “Sabah”a yaxşı maliyyə ayrılıb, “Vətən” futbol məktəbinin resursları klubun ixtiyarına verilib. Adətən, baş məşqçi postu əcnəbi mütəxəssislərə tapşırılıb. Komadaya gələn-gedən legionerlərin də sayını itirmişik. Bütün bunların qarşılığında “bayquşlar” avrokuboklarda ciddi uğur qazana, uzun yol qət edə bilməyib. Bəzi parlaq qələbələr növbəti uğursuzluğun fonunda təsadüfi xarakter daşıyıb. Bu ilin mayında qazanılan ölkə kuboku da klubun muzeyinə qoyulan ilk ciddi mükafat sayıla bilər. Maraqlıdı ki, klub rəhbərliyi kubok qazanılan zaman baş məşqçi postunu tutan Vasili Berezutskiylə də yola davam etmədi. Görünür, premyer-liqa qarşılaşmalarındakı uzun heç-heçə seriyası, “Sabah”ın qələbə qazanmağa çətinlik çəkməsi rəhbərliyin “səbr kasası”nı kubokun finalına qədər daşırıbmış. Qazanılan qənimət də rusiyalı çalışdırıcının postunda saxlanılmasına kifayət etmədi.
Berezutskinin gedişindən sonra “Sabah”a litvalı mütəxəssis Valdas Dambrauskas baş məşqçi təyin edilib. Onun təyinatından sonra “Sabah”ın həm oyununda, həm də nəticələrində ciddi dəyişikliklər var. Masazır təmsilçisi qış fasiləsinə lider yollanmağı bacarıb. Özü də bunu fasilə ərəfəsində “Qarabağ” üzərində əzmkar qələbə qazanmaqla bacarıb. Mövsümün ən baxımlı qarşılaşmalarından biri sayılan həmin oyunda “Sabah” güclü rəqibinə asanlıqla təslim olmadı, hesab açılandan sonra belə intizamını pozmadı. Nəticə də özünü gözlətmədi. “Sabah”ın “Qarabağ”ın qapısına vurduğu qolların hər ikisi düşünülmüş kombinasiyanın, “məşqçi əli” hiss edilən hücumun nəticəsi idi. Əyani dueldən qalib çıxan “Sabah” lider kürsüsünə təsadüf nəticəsində oturmadığını da nümayiş etdirmiş oldu.
Hadisələrin axarını qabaqlamaq, “Sabah”ın mövsümün sonunda da ilk pillədə olub-olmayacağı haqda fikir yürütmək fikrində deyiləm. Bütün bunlar başqa söhbətin mövzusudu. Bu yazıda Valdas Dambrauskasın “Sabah” üçün tapıntı olduğunu demək istəyirəm. İntellektli insan təsiri bağışlayan Dambrauskas il ərzində 21285 səhifəlik 54 kitab oxumağı da bacarıb. Deməli, adam öz üzərində çalışmağı, daim inkişaf etməyi sevən biridi. Əlində olanlarla kifayətlənmir, daha böyük zirvələri hədəfləyir. Sözsüz, onun Azərbaycanda uğur qazanmasının əsas səbəblərindən biri də budu. Dambrauskas bizim üstümüzə çox ciddi bir “silah”la gəlib. Həmin “silah”ın detalları kitab, intellekt, düşüncə və zəngin dünyagörüşü kimi amillərdi. Hədəfi burda bilik və təcrübəsini artırıb, daha tanınmış, eyni zamanda da daha çox qazanacağı klublara yollanmaqdı. Bu mənada bizimkilərin də ondan öyrənəcəyi çox şey var. Öyrənmək də heç vaxt nə gec deyil, nə də qəbahət.
AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

27-10-2022, 12:0

"Sabah" Murad Musayevlə müqavilə müddətini uzatdı

Ölkə futbolu

27-10-2022, 12:0

“Murad Musayevlə yeni müqavilə bağladığımıza görə çox şadam" - Maqsud Adıgözəlov

Ölkə futbolu / Aktual

16-01-2026, 10:0

Letiçin iddialarına “Sabah”dan reaksiya – “klub futbolçu qarşısındakı bütün öhdəliklərini yerinə yetirib”

Premyer-liqa / Manşet

31-03-2024, 11:0

“Sabah” Letiçi buraxmayacaq?

Aktual / Ölkə futbolu

4-06-2025, 14:0

“Sabah”dakı sonluq da o qədər yaxşı alınmadı” – Murad Musayev 1:7 haqda

Ölkə futbolu

16-01-2026, 14:0

"Sabah" və Bakı həmişə mənim evim olacaq" - Letiçin vida sözləri

Aktual
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
Son xəbərlər
  • Bu gün, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Bu gün, 12:00
    "Neftçi" "Dinamo-Minsk"ə qarşı - YENİLƏNİR
  • Bu gün, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Bu gün, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Bu gün, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Bu gün, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 188
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə