Rassell özünü Şumaherə bənzətdi

6.01.2026 10:31 7
İdman
“Mersedes”in 27 yaşlı britaniyalı pilotu Corc Rassell titullarının olmaması barədə danışıb.

"Football-plus.az" xəbər verir ki, o, bu məsələdə özünü əfsanəvi Mihael Şumaherlə müqayisə edib:
“Mən həmişə özümə “Ferrari”dəki Şumaheri xatırladıram - ilk çempionluğunu qazanana qədər komandada beş il keçirib. İnsanlar yalnız şöhrət illərini xatırlayırlar, amma heç kim 1996 və ya 1997-ci illəri xatırlamır. Bunlar uğursuzluqlar deyildi, amma o zaman da titullar yox idi. Buna görə də mən buna hazıram, amma başa düşürəm ki, mənim vaxtım gələcək, sadəcə, səbirli olmaq lazımdı”.

Corc 319 xal qazanmaqla 2025 mövsümünü pilotların sıralamasında 4-cü yerdə başa vurub. O, 2022 mövsümündən bəri Almaniya komandasının üzvüdü, burda Valtteri Bottası əvəz edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul