"Araz-Naxçıvan" üç yoxlama oyunu keçirəcək

5.01.2026 14:20 28
Ölkə futbolu
“Araz-Naxçıvan” məşqlərini bu gün bərpa edib.

"Football-plus.az" xəbər verir ki, komanda qış fasiləsini Bakıda keçirəcək.

Hazırlıq prosesi zamanı 3 yoxlama oyunu keçiriləcək. “Qırmızı-ağlar” yanvarın 9-da klubun əvəzedici komandası ilə üz-üzə gələcək. Yanvarın 14-də isə sınaqçı-rəqib “Qəbələ” olacaq. Yanvarın 18-də keçiriləcək matçdakı rəqiblə bağlı əlavə məlumat veriləcək.