Balakişi Qasımov yenidən federasiya prezidenti seçildi

5.12.2025 15:55 11
İdman
Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) ümumi yığıncağı keçirilib.

"Football-plus.az" xəbər verir ki, tədbirdə 61 yaşında dünyasını dəyişən AQF-nin mərhum vitse-prezident Fərhad Kasimovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Federasiyanın baş katibi Vasif Məmmədov çıxış edərək 2022-2025-ci illər ərzində federasiyanın fəaliyyəti barədə məlumat verib.

Sonra Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər. İcraiyyə Komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçilib.

Sonda Balakişi Qasımov çıxış edərək göstərilən etimada görə təşəkkür edib.