“Yuventus”un müdafiəçisi Federiko Qatti sıradan çıxıb.
"Football-plus.az" xəbər verir ki, o, İtaliya kubokunun 1/8 final mərhələsinin “Udineze” ilə matçında (2:0) zədələnərək 56-cı dəqiqədə meydanı tərk edib. Futbolçunun sağ dizində yırtıq aşkarlanıb. Bu səbəbdən müdafiəçinin yaxın günlərdə əməliyyat olunacağı bildirilir.
Qattinin bərpa prosesinin ən azı bir ay çəkəcəyi və onun 2026-cı ilin yanvarına qədər yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.