Premyer-liqada ən çox dəqiq ötürmə verən komandalar

15.06.2023 10:31 266
Premyer-liqa
Misli prremyer-liqasında 2022/2023 mövsümündə ən çox dəqiq ötürmə verən komandalar bəlli olub.

"Football-plus.az" Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, siyahıya ölkə çempionu "Qarabağ" başçılıq edir.

Ağdam təmsilçisində futbolçuların ötürmələrinin 86,2 faizi dəqiq alınıb. "Zirə" (84 faiz) bu göstəriciyə görə ikinci, "Neftçi" (83,5 faiz) isə üçüncü pillədə qərarlaşıb.

Növbəti sıralarda "Sabah" (83,3 faiz), "Kəpəz" (82,4 faiz), "Sumqayıt" (82,2 faiz), "Qəbələ" (81,6), "Səbail" (79,4), "Şamaxı" (78,8) və "Turan Tovuz" (77 faiz) yer alıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul