AFFA Hakimlər Komitəsinin sədri Frank de Bleker UEFA-dan növbəti dəfə təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, belçikalı komitə sədri Konfrans Liqasının liqa mərhələsinin 4-cü turunda keçiriləcək “Siqma” (Çexiya) - “Selye” (Sloveniya) oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, noyabrın 27-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21.45-də başlanacaq.