Misli premyer-liqasında mübarizə aparan "Karvan-Yevlax" üçün yeni avtobus alınıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun rəhbərliyi tərəfindən komanda üçün yeni avtobus alındığı bildirilib. Yeni nəqliyyat vasitəsi əsas komandanın ixtiyarına verilib.
Xatırladaq ki, "Karvan-Yevlax" bu gün Misli premyer-liqasının 8-ci turu çərçivəsində "Sumqayıt"ın qonağı olacaq. Matç saat 18.00-da başlayacaq.