“Elə oyunlar var ki, onları Yevlaxda keçirsəydik…” - “Karvan-Yevlax”ın vitse-prezidenti

18.11.2025 14:27 22
Ölkə futbolu / Aktual
Bəli, PFL cümə günü “Karvan-Yevlax”ın ev oyunlarını öz stadionunda keçirməsinə “hə” deməklə yevlaxlı azarkeşləri sevindirdi. Komanda isə məğlubiyyətləri sıralamaqla premyer-liqanın aşkar autsayderlərindəndi.

Bundan sonra “doğma divarlar”, dogma azarkeşlər komandanın gücünə güc qata biləcəkmi? Rəhbərlik nəticələrin yaxşılaşacağına ümid edirmi?

Klubun vitse-prezidenti Kənan Kərimov “Football-plus.az”ın sualını cavabladı:
“Bəli, buna ehtiyacımız var idi. Bu qərarı səbirsizliklə gözləyirdik. Elə oyunlar var ki, onları Yevlaxda keçirsəydik, xalımız daha çox olardı. Yevlaxlı azarkeşlərə, onların dəstəyinə böyük ehtiyacımız var. Çalışacağıq ki, düşdüyümüz durumdan çıxaq”.

MÜZƏFFƏR QULUZADƏ