“Araz-Naxçıvan”ın ÇL-dəki ilk 2 oyununun hakimləri

23.10.2025 10:52 11
İdman
Futzal üzrə Çempionlar Liqasının liqa mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın 7-ci qrupda keçirəcəyi ilk iki oyuna təyinatlar açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, bu qrupun oyunları Rumıniyada keçiriləcək. Azərbaycan təmsilçisinin matçları isə aşağıdakı hakimlərə tapşırılıb:

29 oktyabr
Araz-Naxçıvan – Yunayted Qalati (Rumıniya)

Hakimlər: Aslan Qalayev (Qazaxıstan), Valentin Kiuplea (Uels), İrmantas Kapraşovas (Litva)
Timekiper: Laurentiu Deakonu (Rumıniya)
Hakim-inspektor: Nebojsa Paniç (Serbiya)
UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro)
Sala Sporturilor Dunarea. Saat 22.00.

30 oktyabr
Araz-Naxçıvan – Differdanje 03 (Lüksemburq)

Hakimlər: Valentin Kiuplea, Viktor Çaix (Fransa), Aslan Qalayev
Timekiper: Laurentiu Deakonu (Rumıniya)
Hakim-inspektor: Nebojsa Paniç (Serbiya)
UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro)
Sala Sporturilor Dunarea. Saat 19.00.