Güləşçimiz dünya çempionu oldu

21.10.2025 21:51 7
İdman
Yunan-Roma güləşçimiz Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, o, finalda moldovalı Vitali Yeryomenko ilə qarşılaşıb. Təmsilçimiz rəqibinə 6:3 hesabı ilə qalib gəlib. Bununla da Ziya Babaşov qızıl medala sahib çıxıb.

Xatırladaq ki, digər yunan-Roma güləşçimiz Elmir Əliyev (55 kq) finala yüksəlib.