Futzal millimiz “Araz-Naxçıvan”a uduzdu

18.10.2025 19:30 7
İdman
Futzal millimiz yoxlama oyununda “Araz-Naxçıvan”a məğlub olub.

"Football-plus.az" Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma “Araz-Naxçıvan”ın legionerlərdən qurulmuş heyəti ilə üz-üzə gəlib.

Görüş Naxçıvan komandasının 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.