Klubdan verilən açıqlamalara inansaq, artıq stadionda hər şey hazırdı, bircə FİFA-nın ot örtüyünü qiymətləndirməsi, sertifikat verməsi qalır.
Bəs bu serfitikat nə vaxt veriləcək? Nə vaxt gələcəklər? Sualları klubun mətbuat katibi Bəhruz Musayevə ünvanladıq:
“Nə vaxt gələcəkləri ilə bağlı konkret vaxt deyilməyib. Amma gəlib, baxıb, sertifikat verəcəklər. Sonra da PFL təftiş edəcək. Ayın sonuna qədər? Bəlkə tez də gəldilər. Digər proseslər barədə isə məlumatım yoxdu”.
MÜZƏFFƏR QULUZADƏ






