Gəncədə Avropa çempionatı

11.10.2025 19:56
İdman
Gəncə ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının yaydığı məlumatda bildirilib.

9-16 noyabr tarixlərində keçiriləcək yarışda 17 ölkədən ən güclü gimnastlar kubok uğrunda mübarizə aparacaqlar.

9-11 noyabrda yeniyetmələr və 15 yaşadək idmançılar, 14-16 noyabrda isə böyüklər arasında yarışlar olacaq.

Çempionat Gəncə İdman Sarayında keçiriləcək.