Söhbət hansı iğtişaşdan gedir? İğtişaş harda olub? Polislər səs-küyə görə azarkeşlərə əvvəlcə ciddi irad bildirib, sonra onların üzünüə gözyaşardıcı qaz sıxıb və bölməyə aparıb. Azarkeşlər də öz xoşuna tribunadan çəkilib. Nə rəqib azarkeşlərlə, nə də polislərlə mübahisə yaşanıb. Heç bir iğtişaşdan söhbət gedə bilməz. Adətən, siyasi etiraz aksiyalarının iştirakçılarına münasibətdə telekanallarda işlənən ifadələr bu dəfə “Neftçi” azarkeşlərini aid olundu.
Bəs klubun haqsız cəriməyə görə İntizam Komitəsinin qərarından apellyasiya şikayəti vermək fikri varmı? Bu sualı “ağ-qaralar”ın mətbuat katibi Asəf Zeynallıya ünvanladıq :
“Hələ ki apellasiyaya vermək klub tərəfindən nəzərdə tutulmayıb. Bu haqda yeni nəsə olarsa, ictimaiyyətə məlumat veriləcək”.
MÜZƏFFƏR QULUZADƏ






