Beynəlxalq Avtomobil Federasiyası (FIA) həftəsonu keçiriləcək Sinqapur mərhələsi ərəfəsində pilotlara və komandalara xəbərdarlıq edib.
İş ondadı ki, bu müddətdə Sinqapurda yüksək temperatur hökm sürəcək. Havanın hərarəti 31 dərəcəyə qədər yüksələcək. Ümumiyyətlə, oktyabrda Sinqapura orta temperatur 27,7 dərəcə olacaq.
Yarışların reqlamentinə görə, belə yüksək hərarət zamanı pilotlar xüsusi soyuducu jiletdən istifadə etməli və ya onlar üçün 500 qramlıq ballast qoyulmalıdı.