Papaya sükan bağışladılar

3.10.2025 15:12 8
İdman
“Ferrari”nin direktorlar şurasının sədri Con Elkann Roma Papası XIV Levlə görüşüb.

"Football-plus.az" xəbər verir ki, görüş zamanı o, pontifikə “Ferrari” pilotu Şarl Leklerin avtomobilinin sükanını bağışlayıb və sükanın “Formula-1” üzrə dünya çempionatında istifadə edildiyini vurğulayıb.

Şarl hazırda 165 xalla “Formula-1”in yarış cədvəlində 5-ci yerdədi. O, sentyabrın 21-də keçirilən Azərbaycan mərhələsində səkkizinci olub. Lekler 2019-cu ildən İtaliya komandasının heyətindədi.