"Qəbələ"nin futbolçusu dünya çempionatında qol vurdu

3.10.2025 13:22 16
Ölkə futbolu
Çilidə 20 yaşadək futbolçular arasında dünya çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, “Qəbələ”nin yarımmüdafiəçisi Salihu Nasirunun heyətində yer aldığı Nigeriya millisi növbəti oyununu keçirib. “Super Qartallar” Səudiyyə Ərəbistanı yığması üzərində 3:2 hesabı ilə qələbə qazanıb. Nasiru oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Nigeriya millisi növbəti oyununu oktyabrın 6-da Kolumpiya yığmasına qarşı keçirəcək.