Azərbaycan medal sıralamasında ikinci yerdədi - 3-cü MDB Oyunları

2.10.2025 00:50 7
İdman
Azərbaycan 3-cü MDB Oyunlarında medal sıralamasında yenə də ikinci yerdədi.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan 7 qızıl, 20 gümüş və 31 bürünc medalla Belarusu (7-16-17) geridə qoyaraq ikinci yerdə qərarlaşıb.

Siyahıya Rusiya (59 qızıl, 17 gümüş, 12 bürünc medal) başçılıq edir.

Turnirdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan təmsilçiləri də medal qazanıblar.

Komandamızın medalçıları arasına taekvondo (4-2-16), sambo (2-3-3), üzgüçülər (1-4-5), stolüstü tennis (0-6-3) və stend atıcıları (0-3-4) daxildi.

Ölkəmizdə keçirilən yarışlarda 13 ölkədən idmançılar iştirak edir.