Renat Dadaşov Polşa çempionatına növbəti matçına çıxıb.
"Football-plus.az" xəbər verir ki, onun çıxış etdiyi "Motor" 10-cu turda çərçivəsində "Radomyak"ı qəbul edib. Görüş 2:2 hesabı ilə yekunlaşıb.
Dadaşov da sabiq komandası ilə görüşün iştirakçısı olub. Matça ehtiyat oyunçular skamyasından başlayan forvard 77-ci dəqiqədə - hesab 1:1 olarkən Karol Czubakın əvəzinə meydana çıxıb. Bundan 2 dəqiqə sonra Renatın komandası hesabda önə keçsə də, "Radomyak" 87-ci dəqiqədə məğlubiyyətdən qaçıb.
Qeyd edək ki, xallarının sayını 11-ə çatdıran "Motor" 10-cu pillədə qərarlaşıb.